AZ

Selena Qomes milyarder oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müğənni Selena Qomes dollar milyarderi olub. Onun sərvəti 1,3 milyard dollar olaraq qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
32 yaşlı müğənni sərvətini onun kosmetika brendi olan "Rare Beauty Brands Inc." vasitəsilə toplayıb. "Bloomberg" qeyd edir ki, Qomes milyarder statusunu öz biznesi və sosial şəbəkələrdə yüz milyonlarla izləyicisinin sayəsində əldə edib.
Bu ilin aprelində milyarderlər siyahısına Qomesin dostu, müğənni Teylor Svift də daxil olub. 34 yaşlı ulduzun sərvəti, "Eras Tour"dan qazancı, mahnılarının dəyəri və daşınmaz əmlakı da daxil olmaqla 1,1 milyard dollar təşkil edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
11
oxu.az

6Mənbələr