Azərbaycan millisi Millətlər Liqasında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan komanda 1-ci turda İsveçlə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş millimizin 1:3 hesablı məğlubiyyəti ilə bitib
Bu, Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi altında ilk oyunu olub.
Ftbol mütəxəssisləri oyunçuların perfomanslarını qiymətləndirib. Komandamızın heyətində ən zəif çıxış edən edən Elvin Cəfərquliyev olub.
Cinah müdafiəçisinə 5,9 qiymət verilib. Millimizin heyətində ən yüksək qiymət alan Emin Mahmudov (7,6) olub.