AZ

"Azərbaycanın İtaliya ilə münasibətlərində istismarçı alət yoxdur"- Hikmət Babaoğlu

"Azərbaycanın İtaliya ilə münasibətlərində istismarçı alət yoxdur"

Milli Məclisin 6-ci çağırış deputatı Hikmət Babaoğlu bunu News365.az-a açıqlamasında deyib. 

"Bəzi Avropa ölkələrindən fərqli olaraq mental bənzərlikdən, hətta milli xarakterdən irəli gələn yəni İtaliyanın diqtəedici mövqeyi yoxdur. Tək Azərbaycana münasibətdə bu belə deyil. Avropa ittifaqının bəzi ölkələri iqtisadi və tərəfdaşlıq münasibətlər qurmaqla bərabər, tərəfdaşını ittiham etmək üçün əllərində demokratiya qılıncı saxlayırlar. Tərəfdaşını şantaja məruz qoyaraq daha çox dividentlər əldə etməyə çalışırlar.  Biz görürük ki, Azərbaycanın İtaliya ilə münasibətlərində bu istismarçı alət yoxdur. Bu İtaliya Azərbaycan münasibətlərinin bugünki səviyyəyə qalxması üçün mühüm faktrlardan biridir. İtaliya müstəqil dövlət, səmimi tərəfdaş kimi davranır. Bu Avropanın bəzi ölkələri üçün, xüsusən də Fransa üçün nümunə olmalıdır. "- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az

Seçilən
67
news365.az

1Mənbələr