AZ

Radikal müxalifətin növbəti absurdu - xalq kimi boykot edib?

Özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun sədri Cəmil Həsənli ABŞ Konqresinin maliyyələşdirdiyi (yəni müstəqil media orqanı olmayan) “Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Müşahidə missiyasının 1 sentyabr növbədənkənar parlament seçkilərinin yekunlarına dair qərəzli qiymətləndirməsinə öz ağlı ilə şərh verib.Onun sözlərinə görə, ilkin rəy nəinki reallığı əks etdirir, guya həm də kifayət qədər mükəmməl bir sənəddir (Turan). “Avropa məkanında seçki müşahidəsinə yeganə mandatı olan təşkilat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Bu qısa vaxtda, bir neçə həftədəki fəaliyyətlərinin nəticəsi kimi mükəmməl bir sənəd hazırlayıblar... Amma seçkidə baş verən pozuntular ATƏT-in görə biləcəyindən daha dərindir”, - Həsənli iddia edib.“Milli Şura”nın seçkiləri boykot etməsinin səbəbi haqqında suala cavabda isə o, lap “gül vurub”: “Seçkiləri Milli Şura deyil, Azərbaycan xalqı boykot edib. Hətta MSK-nın məlumatına görə, seçici fəallığı 37 faiz təşkil edib - bu, bütün seçkilərdə ən aşağı göstəricidir”.Halbuki aşağı seçici fəallığı demokratik ölkələrdə adi praktikadır. Çünki heç kəsi zorla səsvermə məntəqəsinə aparmaq olmaz. Üstəgəl, yay mövsümümün özəllikləri (İnsanlar istirahətdə, xaricdə və s.). Əcəb işdir, Azərbaycanda seçici fəallığı 70-80% olur, radikal müxalifət irad bildirir, 37 faiz olur - yenə eyni iddia. Xalq isə əslində azad və ədalətli seçkidə heç bir uğur şansı olmayan, çoxdan Qərbin Azərbaycandakı oyuncağına çevrilmiş radikal müxalifəti boykot edib...Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a şərhində bildirdi ki, ATƏT-in Azərbaycana qarşı münasibəti hər zaman göz önündə olub: “Azərbaycan ərazisi işğalda olduğu dövrdə də, ondan sonrakı dövrdə də, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra da qərəzli mövqenin şahidi olmuşuq. Təəssüf ki, radikal müxalifət nümayəndələri həmin dövrdə ATƏT-lə bağlı heç bir fikir bildirməyiblər. Hələ bir neçə il əvvəl, ictimai palata dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı sənəd təqdim edəndə bu gün özünü radikal adlandıran müxalifət liderləri həmin sənədin altında imza atmağa çəkindilər. Dedilər ki, biz hakimiyyətə gələcəyik, gələcəyimiz təqdirdə də Avropa ilə münasibətləri pozmaq istəmirik. Yəni, dövlət və milli maraqları hər zaman arxa plana keçirən bu tip siyasətçilərin mövqeyi heç bir halda təqdir oluna bilməz, indiki kövqe də bu qəbildəndir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri bizimlə də görüşdülər. Konkret öz dairəmlə bağlı deyə bilərəm ki, heç bir qanun pozuntusu olmayıb. Heç bir şikayət də yoxdur. İstənilən seçkidə pozuntu olma ehtimalı var. Seçkidə qalib gəlməyən tərəflərin fərqli mövqeləri olmalıdır, bu təbiidir. Bu kontekstdə bir çox məntəqələrdə qeydə alınmış video görüntülər var, bir sıra pozuntu ilə bağlı məlumat var, hər biri araşdırılır, bununla bağlı mövqe bildiriləcək. İstənilən halda Azərbaycanın digər təşkilatlar və dövlətlər qarşısında qaralanması heç bir siyasətçiyə başucalığı gətirmir və heç bir halda təqdir oluna bilməz”.A.Əlizadə seçkinin boykot edilməsi ilə bağlı səslənən fikirləri belə şərh edib: “Seçkini gücü olan təşkilat boykot edə bilər. Seçici fəallığının nisbətən aşağı olması heç bir halda boykot çağırışı ilə əlaqəli deyil. Əgər gücləri olsa idi, seçkidə iştirak edib müraciət etdikləri elektoratın dəstəyindən istifadə etməklə uğur əldə edərdilər. Ard-arda uğursuzluqlar, faktiki olaraq heç bir seçkidə iştirak etməmək, boykot etməklə özünü kənarda qoymaq əslində zəiflikdən xəbər verir. Sözdə özünü əsas müxalif qüvvə, xalqın əsas iradəsinin ifadəçisi kimi təqdim edənlər reallıqda ciddi gücə malik deyillər. Sadəcə olaraq bu cür bəhanələr gətirməklə özlərini hansısa formada təqdim etmək istəyirlər. Heç bir Milli Şuranın çağırışı ilə boykot baş tuta bilməzdi. Bu, absurd yanaşmadır”. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları ATƏT-in müşahidə missiyasının Azərbaycanda 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib.“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun monitorinq missiyasının Azərbaycanda 1 sentyabr parlament seçkiləri ilə bağlı müşahidə və narahatlıqlarını bölüşürük”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü baş tutan mətbuat konfransında Turan agentliyinin sualına cavab olaraq qeyd edib.ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) birgə müşahidə missiyası növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini vurğulayıb ttps://www.amerikaninsesi.org/a/7768225.html.ATƏT müşahidəçilərinin sentyabrın 2-də yaydığı ilkin bəyanatda seçkilərin hüquqi bazasının demokratik seçkilər üçün əlverişli olmadığı, beynəlxalq standartlara və ATƏT qarşısında götürülən öhdəliklərə zidd olaraq ifadə, birləşmə və toplaşma kimi fundamental azadlıqlara əsassız məhdudiyyətlərin hələ də qalmaqda olduğu, ATƏT DTİHB və Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilmədiyi qeyd edilir.“Biz Azərbaycanı ATƏT-in əvvəlki, eləcə də qarşıdan gələn tövsiyələrini yerinə yetirməyə, Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq öz xalqının fundamental azadlıqlardan istifadə etməsinə şərait yaratmağa çağırırıq”, Metyu Miller deyib.

Seçilən
97
dia-az.info

1Mənbələr