İnzibati Binaların İstismarı Mərkəzi MMC (İBİM) tender elan edib. Tribunainfo.az xəbər verir ki, ötən gün yekun vurulan prosesə əsasən MMC dəftərxana və təsərrüfat malları alacaq.
“GREY GROUP” MMC ilə bağlanılmış satınalma müqaviləsinin dəyəri isə 144.989,9 manat təşkil edir.
Qeyd edək ki, “Grey Group” şirkəti bu tip tenderlərdə yaınız “Ofis A4” MMC ilə ayaqlaşa bilmir. Yəni, bu şirkət də bir çox iri satınalma proseslərinin qalibi olur.
Lakin burada maraqlı məsələ heç də “Grey Group”un tenderin qalibi olması deyil. Əsas məsələ odur ki, İnzibati Binaların İstismarı Mərkəzi bu qədər dəftərxana ləvazimatını neyləyir? Çünki bu rəqəm Bakıdakı ən böyük dəftərxana ləvazimatı satan mağazanın piştaxtalara yığdığı məhsulların dəyərindən iki dəfə çoxdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta