Kahramanmaraşın (Türkiyə) Pazarcık rayonunda 5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, AFAD saytında yer alan məlumata görə, yerli vaxtla saat 09.31-də episentri Pazarcıkda olmaqla 5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Məlumata görə, zəlzələ Qaziantep, Adana və Osmaniyedə də hiss olunub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”