Vaşinqton, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Böyük Britaniyanın Baş naziri Keir Starmerlə ABŞ Prezidenti Co Bayden arasında Ağ evdə görüş keçiriləcək.
AZƏRTAC-ın Ağ evə istinadən verdiyi məlumata görə, tərəflər Ukraynada gedən müharibə və Yaxın Şərqdə davam edən münaqişəyə dair müzakirə aparacaqlar. Görüşdə, həmçinin təchizat zəncirlərini təmin etmək və iqlimlə bağlı ABŞ-Böyük Britaniya əməkdaşlığını gücləndirmək imkanları müzakirə olunacaq. Bu, K.Starmer Baş nazir seçildikdən sonra tərəflər arasında ikinci görüş olacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton