AZ

Bakıda yaşayış evində partlayış: xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.  vakansiya 2023

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. 

Hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. 

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
42
yenisabah.az

10Mənbələr