AZ

"Simeonedən "əclaf" olmağı öyrəndim" - "Qızıl top"a namizəd

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Atletiko Madrid"də oynadığı dövrdən danışıb.

Fanat.Az xəbər verir ki, builki “Qızıl top”a əsas namizədlərdən biri hesab edilən ulduz futbolçu “Players’ Tribune” nəşrinə açıqlamasında "Atletiko"nun onun karyerasında rolu ilə bağlı bunları dilə gətirib:

"Tamamilə fərqli sistemlərdəki təcrübə mənə güclü oyunçu olmağa kömək etdi. “Atletiko”da rəqabətədavamlı olmağı öyrəndim. Bundan əvvəl "Vilyarreal"da topla yaxşı idim, amma çox "yumşaq" idim. Dieqo Simeone mənə meydanda "pis oğlan"," əclaf" olmağı öyrətdi”. 

Qeyd edək ki, ispan yarımmüdafiəçi “Atletiko”dan "Mançester Siti"yə 2019-cu ilin yayında transfer olunub.

Mirağa

Seçilən
117
fanat.az

1Mənbələr