AZ

Çində qasırğa 1,2 milyondan çox insana ziyan vurdu

Çinin cənubunda 1,2 milyondan çox sakin "Yagi" qasırğasından müxtəlif dərəcədə zərər çəkib.

Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Çin Mərkəzi Televiziyası qasırğa nəticəsində 3 nəfərin öldüyünü, 95 nəfərin yaralandığını bildirib. Təbii fəlakət şəhər və kənd yerlərində infrastruktura ciddi ziyan vurub, həmçinin nəqliyyat əlaqələrinin qismən dayandırılmasına səbəb olub. Şiddətli külək binaların damlarını uçurub, yük maşınlarını aşırıb.

Çin Sədri Si Cinpin qasırğanın nəticələrinin aradan qaldırılması üçün tədbirlərin gücləndirilməsi barədə göstəriş verib. O, zədələnmiş nəqliyyat, energetika, rabitə və digər infrastrukturların tezliklə bərpa olunmasına, insanların həyat və əmlakının təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsinə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
olaylar.az

2Mənbələr