AZ

İranın Zəngəzur dəhlizilə bağlı narahatlığı artıb

İranda Zəngəzur dəhlizilə bağlı narahatlıq güclənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi Zəngəzur dəhlizini əleyhinə çıxış edib.

O "Mehr" agentliyinə deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək.

İbrahim Əzizinin sözlərinə görə, Zəngəzur dəhlizinə dair geosiyasi proseslər İranın marağında deyil. 

İranlı deputat deyib ki, ölkəsinin ərazi bütövlüyünə təhlükə yaranarsa, rəsmi Tehran özünü müdafiə edəcək.

İranlı parlamentarın açıqlaması Ermənistanda az qala toy-bayram səviyyəsində qarşılanıb. Belə ki, Ermənistan KİV-ləri İbrahim Əzizinin bəyanatını sürətlə tirajlayıblar.

Qeyd edək ki, bu, son bir həftədə İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı üçüncü səs-küylü bəyanatıdır. Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani və xarici işlər naziri Abbas Araqçi də oxşar açqılama ilə çıxış ediblər. 

Seçilən
142
50
operativmm.az

10Mənbələr