Qəzzada ölənlərin sayı 40,9 mini keçdi
İsrailin blokada altındakı Fələstin anklavında hərbi əməliyyatlara başlamasından bəri Qəzzada 40,9 mindən çox fələstinli həlak olub, 94,6 mindən çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumatı verib.
Məlumata görə, 2023-cü ilin oktyabr ayından İsrail qüvvələrinin zolağın müxtəlif ərazilərinə hücumları nəticəsində 40 939 nəfər həlak olub, 94 616 nəfər yaralanıb.
Nazirlik əlavə edib ki, cəmi iki gün ərzində İsrail ordusunun sektoru bombalaması və atəşə tutması zamanı 61 fələstinli ölüb, 162 fələstinli yaralanıb.