Bakı. Trend:
Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.Sentyabrın 7-də növbəti köç karvanı ilə Şuşaya qayıdan daha 27ailəyə evlərinin açarları təqdim olunub. Beləliklə, 91 nəfər Şuşasakini bu gün doğma yurduna qovuşub.
Trend xəbər verir ki,mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentininxüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləriüzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsininrəsmiləri iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq,yeni evlərində məskunlaşıblar. Doğma yurda qayıdan Şuşa şəhərsakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görəPrezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanımƏliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldanqurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər vəzabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarındankeçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, indiyədək Şuşa şəhərində 204 ailənin, yəni 763nəfərin daimi məskunlaşması təmin edilib.
xxx
14:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığınauyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburiköçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. Sentyabrın 7-dəsəhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınannövbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Trend xəbər verir ki, 27 ailəolmaqla, 91 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanırespublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pionerdüşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdən ibarət olub.
Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlardoğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Şuşa şəhərində 204 ailənin, yəni 763 nəfərin daimiməskunlaşması təmin edilib.