17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-17) sentyabrın 8-dən 15-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Hazırlıq prosesi Təhsil və Reabilitasiya Mərkəzində baş tutacaq.
Baş məşqçi Nərgiz Qurbanova U-17-nin bu toplanışına 21 futbolçu dəvət edib:
- Firuzə Bayramova – Dinamo Balakən
- Nərgiz Ağaliyeva – Baku Sportinq
- Şəfa Məmmədli – Mingəçevir
- Aygün Novruzova – Sabah
- Arzu Cəfərova – Baku Sportinq
- Xanım Əsədova – Neftçi
- Bədriyyə Mövludova – İnter Xaçmaz
- Ayşən Salamzadə – Neftçi
- Adelina Ağayeva – Sabah
- Səma Əsədova – Neftçi
- Cənnət Hüseynova – Neftçi
- Aysu Əsədova – Sabah
- Aylin Kərimova – Sabah
- Məhsumə Vahabzadə – Sabah
- Elizaveta Vaysman – İnter Xacmaz
- Arzu Ağaliyeva – Baku Sportinq
- Mehri Məmmədzadə – Sabah
- Zeynəb Əsgərzadə – Baku Sportinq
- Filiz Nəsrullayeva – Sabah
- Ayan Abdiyeva – Ümid Gəncə
- Naida Məmmədova – Balxurma