AZ

İran: "Həniyənin qisasını alacağıq"

İran İnqilab Keşikçiləri Ordusunun baş koordinatoru general Məhəmməd Rza Nakti deyib ki, öldürülən Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin qisasının vaxtı gələndə mütləq İsraildən alınacaq.

Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun baş koordinatoru general Məhəmməd Rza Nakti İranın paytaxtı Tehranda iştirak etdiyi proqramda HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Həniyənin öldürülməsinə İranın necə cavab verəcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Həniyənin Tehranda İsrail tərəfindən hədəfə alınmasına "mütləq" cavab verəcəklərini ifadə edən Nakti, İranın alacağı qisasla bağlı heç bir şübhə olmadığını və alınacaq intiqamın İran rəsmiləri tərəfindən tez-tez dilə gətirildiyini bildirib.

Nakti, "İsfahandakı dostlarımıza dedim ki, desertlərini hazırlasınlar. Xalqımız intiqamla bağlı müjdəli xəbərlər alacaq. Bununla belə, atılacaq addımın vaxtı önəmlidir və uyğun vaxtda verilən cavab daha çox təsir edəcək".

İyulun 31-də Haniyə Tehranda öldürüldükdən sonra İranın İsrailə cavab hücumu təşkil edəcəyi gözlənilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
258
50
turkustan.az

10Mənbələr