Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
Futbolinfo.az xəbər verir ki, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.
Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.