Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-a hadisə ilə rastlaşan vətəndaş müraciət edib.
Şikayətçi Hicran Həsənov qeyd edib ki, sosisi Balakən rayonundakı marketdən alıb:
"Hər zaman alış-veriş etdiyimiz rayon marketindən "Flaqman"ın "Südlü" markalı sosisini aldıq. Sosisi evə gətirəndən sonra ailəlikcə bir neçəsini yedik. Əvvəlcə bacım dedi ki, bundan çox pis iy gəlir. Bir az da yedikdən sonra iyrənc mənzərə ilə rastlaşdıq. Hamımız yediyimizi qaytardıq".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".
Məlumat üçün bildirək ki, "Ay-Min" MMC-yə məxsus "Flaqman" əmtəə nişanlı ət məhsulları ilə bağlı əvvəllər də oxşar situasiyalar yaşanıb. Sözügedən şirkətə bir neçə dəfə cəza tədbirləri görülüb.
4Mənbələr
-
dunyapress.infoAzərbaycanda ürəkbulandıran mənzərə: ( 10702361)
-
demokrat.azAzərbaycanda ürəkbulandıran mənzərə: Sosisin içərisindən görün nə çıxdı(VİDEO) ( 10691941)
-
oxu.azAzərbaycanda ürəkbulandıran mənzərə: Sosisin içərisindən ZİBİL ÇIXDI ( 10691812)
-
oxu.azAzərbaycanda ürəkbulandıran mənzərə: Sosisin içərisindən ZİBİL ÇIXDI ( 10685191)