AZ

Azərbaycan diasporunun nümayəndələri Tatarıstan Respublikası Günü münasibətilə təltif olunub

Azərbaycan

Moskva, 7 sentyabr, AZƏRTAC

Azərbaycanın Tatarıstandakı (RF) diasporunun nümayəndələri fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Tatarıstan Respublikası Günü münasibətilə keçirilən təntənəli tədbirdə “Leninoqorsk Bələdiyyə Dairəsi” bələdiyyəsinin rəhbəri, Leninoqorsk şəhərinin meri Ryaqata Xusainovanın adından şəhərin inkişafındakı xidmətlərinə görə “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədrinin müavini Mustafa Mustafayevə fəxri fərman, çoxillik səmərəli fəaliyyəti və yüksək peşəkarlığına görə təşkilatın gənclər qanadının rəhbəri Əziz Firdovsiliyə isə təşəkkürnamə təqdim edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
127
azertag.az

1Mənbələr