Sentyabrın ilk həftəsində İranda 178 Denge qızdırması halı qeydə alınıb.
Day.Az bu barədə İran KİV-lərinə istinadən xəbər verir.
İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Şəhnam Ərşi iddia edib ki, xəstəliyə yoluxanlar ölkənin yalnız bir hissəsində yaşayanlardır.
Onun sözlərinə görə, diaqnoz qoyulan şəxslərin bir çoxu xaricə səyahət edənlər olub. O qeyd edib ki, qızdırmadan indiyədək bir nəfər ölüb.