Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın yeni Baş naziri Mişel Barnyeni İrəvana dəvət edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Paşinyan yeni Baş nazirə ünvanladığı təbrik məktubunda Ermənistan-Fransa çoxprofilli gündəliyinin birgə səyləri ilə genişləndirilməsinə və yeni proqramların həyata keçirilməsinə sadiqliyini vurğulayıb.