Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir.BUTA.TV xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib. O xatırladıb ki, mötəbər tədbir noyabrın 11-dən 22-nə kimi davam edəcək. Hazırlıq işləri çərçivəsində müxtəlif qurumların iştirakı ilə idarəetmə mərkəzlərinin yaradıldığını deyən nazir müavini fikirlərinə belə davam edib: “Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir. Bakı tədbiri ən maraqlı COP tədbirlərindən olacaq və alınan qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında mühüm əhəmiyyət kəsb edəcək”.