“Neftçi”nin qadınlardan ibarət komandası Çempionlar Liqasının 1-ci mərhələsində ikinci oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan Çempionlar yolunun 2-ci qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşıb. Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində qolu 53-cü dəqiqədə Şehriban Dülek vurub.
Qeyd edək ki, “Neftçi” qrupun ilk oyununda Avstriyanın “Sankt-Pölten” (0:5) klubuna məğlub olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta