AZ

Deyəsən, Nikolun arzusu ürəyində qalacaq..?

Deməli, deyim, Siz də bildəsiniz: Ermənistanın baş naziri Nikol Paşinyan prezident Emmanuel Makron tərəfindən yeni təyin olunmuş Fransanın baş naziri Mişel Barnyeyə səmimi təbriklər göndərib.

Və onu səbirsizliklə Ermənistanda gözlədiyini bildirib.

…Mən sizin yaxın gələcəkdə Ermənistana rəsmi səfərinizi səbirsizliklə gözləyirəm ki, bu səfər Ermənistan və Fransa arasında inkişaf edən əməkdaşlığın genişləndirilməsi və yeni proqramların müəyyənləşdirilməsi məsələlərini müzakirə etmək üçün əla fürsət olacaqdır.

Bunu Nikol Paşinyan Mişel Barnyeyə göndərib..?

Bundan əlavə, Paşinyan mesajında ​​Barnierin təcrübəsinin ona Fransanın xeyrinə xidmət edəcəyinə əmin olduğunu bildirib. O, həmçinin Ermənistan-Fransa münasibətlərinin, o cümlədən iqtisadi əməkdaşlığın inkişafına sadiq olduğunu bəyan edib.

Amma, deyəsən,.. alınmayacaq?

Çünki hazırda Paris dağılır. Fransızlar təkcə prezident Emmanuel Makrona qarşı yox, onun təyin etdiyi 73 yaşlı Mişel Barnyeyə də hakimiyyətdən rədd olub getmələrini tələb edirlər.

Əli Babayev

Seçilən
61
sia.az

1Mənbələr