Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Ermənistana səfər edəcək.
Korrespondent.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər 10 sentyabrda baş tutacaq.
Nazir səfəri çərçivəsində həmkarı Ararat Mirzoyan ilə görüşəcək.
O, həmçinin “Yerevan Dialogue” beynəlxalq konfransı çərçivəsində “Bağlantı geosiyasəti: Rəqabətdən əməkdaşlığa” adlı panel müzakirəsində iştirak edəcək.