"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhen İstanbul klubuna keçidindən danışıb.
QOL.az xəbər verir ki, 25 yaşlı hücumçu Türkiyə klubunda olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib:
“Qalatasaray" ailəsinin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Mən bu klub üçün əlimdən gələni etmək, belə heyrətamiz komanda və azarkeşlərlə yeni macəradan maksimum yararlanmaq üçün səbirsizlənirəm. Bu klubun azarkeşləri üçün unudulmaz xatirələr yaratmağa hazıram”.
Qeyd edək ki, "Qalatasaray" nigeriyalı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
Osimhen 2020-ci ildən "Napoli"yə məxsusdur. O, komandanın heyətində 133 oyuna çıxıb, 76 qol vurub və 18 qolun ötürməsini verib.