AZ

Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib 

Bakının Xəzər rayonununda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü M.N-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
179
34
ikisahil.az

10Mənbələr