AZ

MİT terrorçulara aman vermir

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatlarına qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, son 3 ayda Suriya və İraqda PKK-nın bir çox qondarma rəsmiləri zərərsizləşdirilib.

Məlumata görə, hədəf siyahısına daxil edilən qanlı terrorçular addım-addım təqib edilib. Vaxtı gələndə həmin yer əməliyyatla zərərsizləşdirilib. Şəhidlərin qisası alınıb, mehmetçikin qanı yerdə qalmayıb.

Məlumata görə, MİT PKK/KCK-nın Fransa, İsveç, Finlandiya və Avstriyadakı strukturlarına da zərbə endirib.

Milli İstihbarat Təşkilatı FETÖ-çülərin xaricə qaçmasının da qarşısını alıb. 15 iyul çevriliş cəhdinin ildönümündə ABŞ bayraqlı yelkənli qayıqla Alaçatıdan yola düşən keçmiş polis və əsgərlərin də olduğu 10 FETÖ üzvü dənizdə ələ keçirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
ikisahil.az

1Mənbələr