Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində polis əməkdaşlarının öldürülməsində və qətl törətmək cəhdində şübhəli bilinən 41 yaşlı Manuk Marqaryan saxlanılıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. O, daha əvvəl axtarışa verilmişdi.
Qeyd olunur ki, Marqaryan sentyabrın 8-də saat 02:40-da Armavir vilayətinin Nalbandyan icmasında aşkarlanıb. Hazırda İstintaq Komitəsindədir.
Onun cinayəti törətdiyi avtomat da tapılıb.
Xatırladaq ki, hadisə dünən olub. Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb. Polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.
İki polis əməkdaşı yaralanıb, onlar xəstəxanaya çatdırılıb, yaralılardan biri ölüb.