Fransa millisi UEFA Millətlər Liqasının II turunda Belçika ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Varren Zair-Emeri bu görüşdə iştirak edə bilməyəcək. 18 yaşlı futbolçu zədələnib və Belçika ilə matçda oynamayacaq.
Zair-Emeri I turun İtaliya ilə oyununda (1:3) zədə alıb.
Sabah keçiriləcək Fransa – Belçika oyunu saat 22:45-də start götürəcək.