AZ

Britaniyalı jurnalist Kristiano Ronaldonu sərt tənqid etdi

Britaniyalı jurnalist Tom Gibbs Portuqaliya yığmasının ulduzu Kristiano Ronaldo haqqında geniş tənqidi məqalə dərc edib.

Arena.az məlumat verir ki, Gibbs məqaləsini “The Telegraph” onlayn-nəşrində təqdim edib.

Müəllifin əsas iradı Ronaldonun böyük futboldan vaxtında ayrılması ilə bağlı tələbə dayanır:

“2046-cı il. Yer kürəsi qeyri-müəyyən gələcəyə doğru irəliləyir. Süni zəka 2033-cü ilin böyük maşınlar üsyanı zamanı yamana çevrilib. İqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və həddindən artıq kirayə haqları səbəbindən dünyanın geniş əraziləri yaşamaq üçün yararsızdır… 61 yaşlı Kristiano Ronaldo isə hələ də Portuqaliya yığma komandasının başlanğıc heyətində meydana çıxır!

Tibb elmindəki hər hansı bir irəliləyiş sayəsində deyil. Amma ona görə ki, hələ heç kim cəsarətini toplayaraq ona, onun artıq əvvəlki kimi olmadığını deyə bilməyib.

Onun bu yay AÇ-2024-dəki uğursuzluğunu izləmiş hər kəs onun vaxtının çoxdan keçdiyini görə bilərdi. Son dövrlərin Ronaldosu ibadət dirəyinə çevrilib. Böyük, təsirli, amma hərəkətsiz, başqa bir zamanın yadigarları kimi.

O, Portuqaliya yığmasından ayrılmağı düşünmür. Ronaldo klimaks kimi səslənərək deyir: “Heç ağlıma da gəlmir ki, mənim dövrüm başa çatıb”.

Sözsüz, Ronaldo karyerasında kifayət qədər nailiyyətlər əldə edib ki, öz şərtləri ilə vidaya layiq olsun. Amma müvafiq tədbirlər müəyyən dərəcədə mütərəqqi və şüurlu anlayış tələb edir. Bu adam isə 60 cərimə zərbəsinə bir qolun antirekorduna rəğmən, inadla komandası üçün uğursuzcasına cərimə zərbələri vurmağa davam edir”, – britaniyalı jurnalist yazıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 213 oyun keçirib, 131 qol vurub və 45 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
arena.az

1Mənbələr