Litium kimyəvi dövri cədvəldə Li hərflərilə təmsil olunan qələvi metal elementdir. Atom nömrəsi 3 olan litium ən yüngül metal kimi tanınır. Aşağı sıxlığa malik yumşaq, gümüşü rəngdə və kimyəvi cəhətdən çox reaktiv maddədir. Su və havaya asanlıqla reaksiya verdiyi üçün çox vaxt mineral yağda və ya vakuumda saxlanılır.
Litiumun bir çox vacib istifadə yerləri var. Onlardan biri təkrar doldurulan litium-ion batareyalardadır. Cib telefonu, noutbuk, planşet və elektrikli nəqliyyat vasitələri kimi bir çox portativ elektron cihazda istifadə olunan litium-ion batareyaları yüksək enerji sıxlığına malik və uzun ömürlüdür.
Müasir dövrdə portativ texnoloji cihazlar gündəlik həyatın əvəzolunmaz hissəsinə çevrilib. İnsanlar qalıq yanacaqların yaratdığı ətraf mühit çirklənməsindən xilas olmaq üçün elektriklə işləyən avtomobillərə üz tutmağa başlayıb ki, nəticədə lityuma maraq gün-gündən artıb.
Litium keramika və şüşə istehsalında da istifadə olunur. O, keramika və şüşələrin ərimə nöqtələrini aşağı salaraq istehsal prosesini daha səmərəli edir və məhsulların davamlılığını artırır. Litium birləşmələri atəşfəşanlıqlarda və pirotexnikalarda qırmızı rəng əldə etmək üçün də istifadə edilir.
Litiumun digər mühüm istifadəsi əczaçılıq sənayesindədir ki, karbonat bipolyar pozuqluq kimi psixiatrik problemlərin müalicəsinə yaxşı gəlir. Çünki litium beyindəki kimyəvi tarazlığı tənzimləyərək əhval-ruhiyyə dəyişikliyini sabitləşdirir.
Litiumun bu qədər qiymətli olmasının iki əsas səbəbi var. İlk növbədə, litium-ion akkumulyatorların geniş yayılması və bu akkumulyatorların portativ elektron cihazlar və elektromobillər üçün əvəzolunmaz hala gəlməsidir ki, litiuma olan tələbatı artırır. Litium-ion batareyalar bərpa olunan enerji ehtiyatlarının saxlanılması üçün də böyük əhəmiyyət kəsb edir.
İkincisi, məhdud litium ehtiyatları da litiumu qiymətli edir. Litium dünyanın bəzi spesifik regionlarında cəmləşib və bu bölgələrdəki istehsal gücləri tələbatı ödəmək üçün yetərli olmaya bilir. Buna görə də, litiumun mövcudluğu və davamlı istehsalı gələcəkdə enerji saxlama texnologiyalarının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.