AZ

KİV: HƏMAS-ın təhlükəsizlik xidmətinin rəis müavini öldürülüb

Qəzza zolağının şimalında Fələstinin radikal HƏMAS hərəkatının daxili təhlükəsizlik rəhbərinin müavini İsrailin hava hücumu nəticəsində həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti yazıb.

Məlumata görə, polkovnik Məhəmməd Mursi ailəsinin 3 üzvü ilə birlikdə Cəbəliyədəki evinə hücum zamanı həlak olub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

Seçilən
125
50
far.az

10Mənbələr