AZ

Şamaxıda Üzüm və Şərab Festivalı keçirilir -VİDEO

Yazını böyüt
Yazını kiçilt

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində növbəti Üzüm və Şərab Festivalı keçirilir.

Hafta.az xəbər verir ki, festivalın açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi şəxslər, çoxsaylı qonaqlar iştirak edib.

Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində iki gün ərzində təşkil olunan festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edir.

Səhnədə Aygün Kazımova (8 sentyabr), Azad Şabanov (7 sentyabr), Kubadan dəvət olunan müğənni və rəqqasə Edqlis Hayle (7 sentyabr), Elvin Mirzəzadə (8 sentyabr), “Good Girls” qrupu (7 sentyabr), Gürcüstanın məşhur qruplarından Niko’s Band (7 sentyabr), MadTeen & Rəssam (8 sentyabr), Roman&Nirvana Band (8 sentyabr), Şəhriyar İmanov və Teymur Süleymanbəyli dueti (7 sentyabr),festivalın hər iki günündə Dj Amalov çıxış edir.

Festival ərazisi müxtəlif interaktiv zonalara bölünüb: dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klasslar, o cümlədən şərabla rəsm master-klassı, açıq havada film nümayişi.

 
Seçilən
99
15
hafta.az

10Mənbələr