AZ

Göygöldə zəlzələ olub

Sentyabrın 8-də Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Korrespondent.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən bildirir ki, yerli vaxtla saat 10:25-də qeydə alınan yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib.

Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə baş verən zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
32
korrespondent.az

10Mənbələr