AZ

Nihal və Bahar Candanın dindirilməsi başa çatıb - FOTO

Çirkli pulların yuyulmasında ittiham edilən Nihal və Bahar Candan bacılarının polisdə dindirilməsi başa çatıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar verdiyi ifadələrində ittiham olunduqları çirkli pulların yuyulması və fırıldaqçılıq kimi maddələri inkar ediblər. Sosial media fenomenleri polisdəki sorğudan sonra məhkəmə binasına göndəriliblər. Binadan çıxarkən jurnalsitləri görən Bahar gülümsəyib, Nihal isə sualları cavabsız qoyub.

Nihal və Baharın ötən ilin mayında Onur Apaydın cibgirlik və fırıldaqçılıq İdarəsinin şöbələri tərəfindən təşkil edilən bir əməliyyatda həbs olunan dəstə lideri Onur Apaydınla münasibətləri olduğu ortya çıxıb. Onlardan bu barədə soruşduqda, Nihal Candan, Onur Apaydını ondan çox əvvəl ayrıldığı keçmiş sevgilisi olduğunu söyləyib. O Onur Apaydının adını Kaan Həmzəoğlu olaraq bildiyini deyib.

Nihal Candan ifadəsində Onur Apaydınla o vaxtlar bahalı restoran və gecə klublarına getdiyini, ancaq onun yaratdığı saxta bir təşkilata qarışmadığını deyib.

Bacılar onlara qarşı irəli sürülən ittihamları bir-bir inkar ediblər. Onlar fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamlarından boyun qaçırıblar.

Candan bacıları polisin onlardan soruşduğu adları bilmədiklərini söyləyiblər.

Bahar Candanın sosial media hesabında "Bir sabah hesabıma 12 milyon köçürüldü" başlığı ilə yazdığı statusunun isə yalan olduğunu deyib. "Bu yazıda 2 yazmaq əvəzinə təsadüfən 12 yazdım və məqsədim zarafat etmək idi" - deyə bildirib.

Onur Apaydının rəhbərlik etdiyi başqa bir dəstənin 13 nəfərdən 10 milyon funt sterlinq pul alaraq aldatdığı aşkar edilib. Bu dəstə də polislər tərəfindən məhv edilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
415
50
baku.ws

10Mənbələr