İspaniyada dincələn Elgiz Əkbərin başına iş gəlib.
OLAY yazır ki, Barselonadan Madridə keçən Elgiz yağışa düşüb. Bununla bağlı o, instaqramda paylaşım edib.
“Deyirəm, ayağım o qədər bərəkətlidir. Madridə gəldim, Madridi sel yuyub apardı. Belə yağış olar? Dəhşət. Vay-vay. Mən də çətir götürməmişəm, nə bilim, belə yağış yağır? Özümə güclə bir yer tapdım. Yağış bərəkətdir. Amma belə də yox da”, - deyə, aparıcı vurğulayıb.