Formula-1 üzrə “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar
sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq. Bununla əlaqədar 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus marşrutunun hərəkət sxemi isə dəyişdirilir. Dəyişikliyə əsasən:
𝟭 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “Neftçilər” metro stansiyası), 𝟒𝟔 𝐧ö𝐦𝐫ə𝐥𝐢 avtobus marşrutu (istiqamət: “Əhmədli” metro stansiyası) və 𝗛𝟭 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
𝟮 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “Dərnəgül” metro stansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi,daha sonra öz hərəkət sxemi üzrə;
𝟰 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “Xətai” metro stansiyası)Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrəfəaliyyət göstərəcək.
𝟱 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” metro stansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.
𝟲, 𝟭𝟬, 𝟭𝟴, 𝟯𝟭, 𝟯𝟳, 𝟳𝟳 𝘃ə 𝟮𝟬𝟱 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutları (istiqamət: “İçərişəhər” metro stansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
𝟲𝟭 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: Mərkəzi Bank): Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
𝟲𝟱 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “İçərişəhər” metro stansiyası) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;
𝟴𝟴 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “28 May” metro stansiyası) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
𝟭𝟮𝟱 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu (istiqamət: “28 May” metro stansiyası) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, “28 Mall” t/m) əhatə edəcək.
𝟭𝟰𝟵 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.
𝗘𝟭 𝗻ö𝗺𝗿ə𝗹𝗶 avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq.