Azərbaycan kamandan oxatanları Gürcüstanda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
Azərbaycan Kamandan Oxatma Federasiyasından "Unikal"a verilən məlumata görə, Fatimə Hüseynli qadınların fərdi mübarizəsində fərqlənərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Məhəmmədəli Əliyev isə F.Hüseynli ilə birlikdə qarışıq komanda yarışında gümüş medala layiq görülüb.