AZ

Olaf Şoltsdan SON DƏQİQƏ AÇIQLAMASI - Vaxtdır...


Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişədə sülhün əldə olunması yollarını müzakirə etmək məqamının gəldiyini deyib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, ZDF telekanalına müsahibəsində kansler Rusiyanın böhranın həlli üçün yeni sammitdə iştirakının zəruri olduğunu bildirib.

"Məncə, bu müharibə vəziyyətindən sülhə necə keçəcəyimizi indi real görünəndən daha tez müzakirə etməli olduğumuz andır", - Olaf Şolts deyib.

Kansler Ukraynada sülhlə bağlı yeni konfransın keçirilməsinə tərəfdardır:

"Ukrayna prezidenti Volodimir Zelenski və mən yekdil fikirdəyik ki, orada Rusiyanın da təmsil olunması lazımdır".

Şolts Kiyevə yardım üçün əlindən gələni edəcəyini qeyd edib, lakin etiraf edib ki, Almaniyada silah tədarükünə qarşı çıxan partiyaların regional seçkilərinin nəticələri uğurlu olub.


Seçilən
166
28
news24.az

10Mənbələr