AZ

Dövlət Su Ehtiyatları Agentliyindən “Formula 1”lə bağlı tədbir - VİDEO

  Sentyabrın 13 və 15-də Bakıda keçiriləcək “Formula 1” yarışları ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 saylı qarajında təşkil olunan növbəti tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinə baxış keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Redaktor.az-a bildirilib ki, tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Köçərli Həsənov, sədr müavini Tahir Xəlilov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov və əməkdaşlar iştirak ediblər.

İdarə rəisi Samir Cəbrayılov heyətin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, xüsusi texnika və nəqliyyat vasitələri normativ qaydalara uyğunlaşdırılıb. İdarənin nəzdində olan bütün növ avtomobillər baxışdan keçirilib, istismara yararlı vəziyyətə gətirilib.

Qarajda 44 xüsusi texnika və nəqliyyat vasitəsi gücləndirilmiş iş rejimində işləməyə tam hazır vəziyyətdədir. Nasaz vəziyyətdə olan nəqliyyat vasitələri tam bərpa edilib, gücləndirilmiş iş rejimində çalışmağa hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, “Formula 1” yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb. İdarə heyəti və işçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq tədbirlər davam etdirilir.  






Seçilən
57
6
referans.az

9Mənbələr