Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş hazırda davam edən Slovakiya matçında Amin Seydiyevə əsəbləşib
İdmanxeber.az-ın “Misli”nin dəstəyi ilə Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, buna səbəb medafiəçinin çox aşağı səviyyədə çıxış etməsidir. Futbolçunun qapımızda gördüyümüz 2 qolda da səhv etməsi portuqaliyalı mütəxəssisi özündən çıxarıb.
Təcrübəli çalışdırıcı ilk hissəsinin bitimini gözləmədən Seydiyevin yerinə Abbas Hüseynovu meydana buraxıb. Daha sonra isə ona kəskin şəkildə öz iradlarını bildirib.