AZ

Santuş sentimellaşdı: “Bu gün yata bilməyəcəm - əmin ola bilərsiz”

Bakı vaxtı ilə 22.18-də Fernando Santuş azərbaycanlı və slovakiyalı jurnalistlərin önünə çıxdı.

Portuqaliyalı mütəxəssis oyunu belə dəyərləndirdi:

- Slovakiya yığmasını təbrik edirəm, yaxşı oyun göstərdi. Komanda olaraq, əlimizdən gələni etməyə çalışdıq. Futbolçular da sona kimi savaşdılar. Çox təəssüf ki, top itkilərinə yol verdik. Slovakiya oyuna yaxşı başladı. Biz isə həm hücumların qarşısını almağa, həm də əks-hücun qurmağa çalışırdıq. Komandamızın iki əsas problemi var. Hücuma keçəndə topu itirəndən dərhal sonra müdafiə oluna bilmirik, bu yöndə ciddi problem yaşayırıq. İkinci əsas problem intensiv oyun göstərə bilməməyimizdi. Bəzən bunu bacarırıq. Mental düşüncəmizi dəyişməliyik. Komanda şəklində bunu dəyişə bilsək, mental düşüncəmizi dəyişsək, gələcəkdə daha yaxşı nəticə qazanarıq.

- İsveç ilə oyundakı epizodun cəzasını Ramil Şeydayevlə Emin Mahmudova kəsmisiz. Bunu necə izah edərdiz?
- Cəza deyil, taktiki məsələdi.

- Seydiyevi ilk yarıda əvəzlədiz, bunu necə izah edərdiz? Bir də komandanın əsas kapitanları kimdi, yoxsa vəziyyətə görə dəyişir?
- Seydiyevin sarı vərəqəsi var idi, ondan sonra oynamağa qorxurdu. Penalti də o üzdən oldu. Kapitan Camalovdu, növbəti oyunda kimin olacağını görəyəcəyik. Amin məşqlərdə mükəmməldi, ancaq oyunda stressə girir. Oyunçuların fərdi keyfiyyətləri yüksəkdi, ancaq meydanda səhv etməkdən qorxurlar. Bu oyunun ən yaxşıları İsayevlə Rahil Məmmədov idi. Problem müdafiənin deyil, komandanındı. Bu komandanı dəyişə biləcəyimə yüz faiz inanıram. Yığmanın oyunlarında həmişə təzyiq və stress var. Bizim futbolçular buna öyrəşməlidi. Sizlə ilk görüşümüzdə demişdim ki, sizin işiniz məni tənqid etməkdi. Hərə öz işini görməlidi.

- İkinci hissədə meydanda olan heyət artıq İsveçə qarşı oynayan heyət idi. Əvvəldən belə oynamaq olmazdı?
- Taktiki mülahizələrə görə bu variantı seçdim.

- Qollara səbəb olan ardıcıl iki səhvdən sonra Amin Seydiyevi əvəzləməyiniz start heyəti ilə bağlı səhvinizin etirafı anlamına gəlirmi?
- Niyə?

- Abbas Hüseynovla da başlamaq olardı.
- Sualınızı başa düşdüm və sualınıza hörmət edirəm. Amin Seydiyevin qırmızı vərəqə almaq ehtimalı var idi. Amma mən futbolu fərdlərlə bağlamıram, komanda oyunu kimi görürəm.

- Portuqaliya yığmasından sonra Azərbaycanı çalışdırmaq çoxmu çətindi?
- Bu normaldı, Portuqaliya yığmasında daha yaxşı oyunçular çıxış edir, yaxşı olmaq üçün çox çalışırlar. Dəyişməyin bir yolu var – fiziki, mental cəhətdən çalışmaq. Azərbaycanda bir nümunə var – “Qarabağ”. Ən gözəl nümunədi. 15 il əvvəl sıfır idi, amma son illərdə daim avrokuboklarda qrupa düşürlər. Mən də uduzmağı sevmirəm. Bu gün yata bilməyəcəm - əmin ola bilərsiz.

ORXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
football-plus.az

10Mənbələr