AZ

Azərbaycan millisi Slovakiya səfərindən əliboş qayıdır

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün qrup mərhələsində 2-ci sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Fernando Santosun çalışdırdığı yığmamız səfərdə Slovakiya millisi ilə üz-üzə gələcək.

“Koşitse Futbol Arenası”nda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi ilk turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandamızın Fernando Santosun rəhbərliyi altında ilk oyunu olub. Slovakiya seçməsi isə ilk matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup
8 sentyabr

Slovakiya – Azərbaycan 2:0
Qollar: Andrey Duda, 22-pen. David Streleç, 26.
Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa).
“Koşitse Futbol Arenası”.

Slovakiya: 1. Martin Dubravka, 4. Adam Obert, 6. Norbert Dyomber, 7. Tomaş Suslov (20. David Duriş, 71), 8. Andrey Duda (10. Laslo Benes, 71), 14. Milan Şkrinyar (k), 15. David Streleç (9. Robert Bojenik, 84), 16. David Hansko (13. Samuel Kozlovski, 90+2), 17. Lukaş Haraslin (11. Lübomir Tupta, 84), 18. Yuray Kuçka, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Henrix Ravas, 2. Peter Pekarik, 3. Denis Vavro, 5. Lübomir Şatka, 18. Leo Sauer, 21. Matuş Bero.
Baş məşqçi: Françesko Kaltsona.

Azərbaycan: 23. Mehdi Cənnətov, 2. Amin Seydiyev (22. Abbas Hüseynov, 37), 3. Elvin Cəfərquliyev, 6. Emil Mustafayev (11. Ramil Şeydayev, 46), 9. Renat Dadaşov, 10. Ozan Can Kökçü (18. Ceyhun Nuriyev, 46), 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (5. Şəhriyar Əliyev, 70), 16. Elvin Camalov (k) (7. Coşqun Diniyev, 78), 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 4. Xəyal Nəcəfov, 8. Emin Mahmudov, 14. Rüstəm Əhmədzadə, 19. Nəriman Axundzadə, 21. Qismət Alıyev.
Baş məşqçi: Fernando Santos.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
31
arena.az

10Mənbələr