Müğənni olmadan əvvəl Filip Kirkorov jurnalist olmaq istəyirmiş.
SİA-nın əldə etdiyi məlumata görə, o, 5-tv.ru portalının müxbiri ilə söhbətində arzuladığı bu peşənin adını çəkib. Sənətçinin sözlərinə görə, qəzetdə işləyəcəyinə əmin idi. …Məqalələr, esselər yazmağı çox xoşlayırdım. Ümumiyyətlə, mən həmişə yazmağı və hekayələr danışmağı xoşlayırdım.
Kirkorov bildirib.
Bundan əvvəl Kirkorov çoxsaylı döymələrinin sirrini açmışdı. Sənətçinin dediyinə görə, hər şey Çinə səfərindən sonra əlindəki əjdaha ilə başlayıb. Sonra müğənninin əlində qızılgül görünüb.
Nazlı Almuradova