AZ

Holann ilə bağlı plan

“Mançester Siti” rəhbərliyi Erlinq Holann ilə müqaviləni yeniləmək niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı hücumçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

İngiltərə klubunun rəsmiləri norveçli oyunçunun komandadakı gələcəyini müzakirə etmək üçün agenti Rafaela Pimenta ilə bir neçə görüş keçirib. İddiaya görə, yeni müqavilə bağlanarsa, Erlinq ilə 24 milyon avro məvaciblə Kevin De Bruyneni arxada qoyaraq klubda ən çox maaş alan futbolçu olacaq.

Holann MS-də 2022-ci ilin yayından oynayır. Bəzi mənbələr onunla “Real”ın maraqlandığını iddia edir.

Seçilən
120
5
football-plus.az

8Mənbələr