AZ

Durov sevgilisi ilə Parisdə gəzərkən görüntülənib

Fransada girov müqabilində həbsdən azad edilən "Telegram" mesencerinin qurucusu Pavel Durov sevgilisi Yuliya Vavilova ilə birlikdə Parisin Sent-Onore küçəsində görüntülənib.

Videonu "Shot" "Telegram" kanalı yayıb.

Kadrlarda cütlüyün küçədə cangüdənləri olmadan gəzdiyi əks olunub.

Qeyd edək ki, Sent-Onore küçəsi çoxsaylı butikləri və Parisin yüksək moda evlərinin mağazaları ilə məşhurdur. Fransa prezidentinin iqamətgahı - Yelisey sarayı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları da burada yerləşir.

Xatırladaq ki, Durov avqustun 24-də axşam Le Burje hava limanında şəxsi təyyarədən enərkən Fransada saxlanılıb. Sahibkar Azərbaycandan Fransaya səfər etmişdi. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla, altı cinayətdə ittiham olunur. "Telegram"ın təsisçisi beş milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransa ərazisini tərk etməsi qadağan edilib.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
28
oxu.az

10Mənbələr