AZ

Tozsoranla "Ginnesin Rekordlar Kitabı"na düşdü

Hindistanda tələbə dünyanın ən kiçik tozsoranını düzəldib və “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Azreform.info Lent.az-a istinadla bildirir ki, ixtira müəllifi, 23 yaşlı Tapala Nadaminin sözlərinə görə, onun yığdığı tozsoranın ölçüsü 64 millimetrdir. Qurğu dörd voltluq vibrasiya mühərriki ilə təchiz edilmiş kiçik ventilyatordan istifadə edərək sorma effekti yaradır və xüsusi bölmədə toz toplayır.

Tapala əlavə edib ki, mini tozsoranını hazırlamaq üçün təxminən 238 dollar xərcləyib. Tələbə deyib ki, ola bilsin, gələcəkdə öz rekordunu da qırmağa çalışacaq.

Seçilən
126
4
azreform.info

7Mənbələr