Bakı. Trend:
Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlumolmayan bir sıra detalları açıqlanıb.
Trend xəbər verir ki, əməliyyat zamanı 310 separatçı məhvedilib, 614 düşmən isə yaralanıb.
Cəmi bir gün ərzində isə 406 km2 ərazi yad ünsürlərdəntəmizlənərək tam nəzarətimiz altına alınıb.
19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələrinəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyatvasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçininəməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası,artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil,xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcısilah düşməndən müsadirə edilərək götürüldü.
Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isəsəkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib.
Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatınkeçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasənkiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkətitəmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb.Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az birvaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng,Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənindərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütünyolları nəzarət altına alıb.
Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 kmirəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdəəraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığıuğurla icra ediblər.
Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək,beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heçbir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatıkeçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanıtəslim olmağa məcbur edib.