AZ

Almaniya Kansleri Ukrayna münaqişəsində danışıqların vaxtının çatdığını bildirib

Almaniya Kansleri Olaf Şolts Ukraynadakı münaqişənin sülhün necə əldə olunacağını müzakirə etmək məqamı olduğunu deyib və Rusiyanın böhranın həlli üçün yeni sammitdə iştirakını bir daha müdafiə edib.

Bu barədə o, ZDF televiziyasına müsahibəsində deyib.

“Fikrimcə, indi bu müharibə vəziyyətindən sülhə necə keçəcəyimizi indiki məqamda real görünəndən daha tez müzakirə etməliyik. İstənilən halda yeni konfrans keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski ilə mən eyni fikirdəyik ki, Rusiya orada təmsil olunmalıdır”, - o bildirib.

Şolts bundan sonra da Kiyevə kömək etmək üçün hər şeyi edəcəyini qeyd edib, lakin etiraf edib ki, Almaniyada silah tədarükünə qarşı çıxan partiyaların uğurlu olduğu regional seçkilərin nəticələri həm də bir sıra vətəndaşların Ukraynanı dəstəkləməklə razılaşmaması ilə bağlıdır.("Report")

Seçilən
145
11
korrespondent.az

10Mənbələr