AZ

İsrailin Suriyaya endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həlak olub

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Həma əyalətindəkihədəflərə endirdiyi hava zərbələri nəticəsində azı 4 nəfər ölüb, 15nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə əyalət səhiyyədepartamentinin rəhbəri Maher Yunes Şam FM radiostansiyasınabildirib. “Qurbanların çoxu Masyaf şəhərindəndir, dördü aldığıxəsarətlərdən dünyasını dəyişib. Daha üç xəstənin vəziyyətiağırdır.", - deyə Yunes bildirib.

İsrail təyyarələri Livanın hava məkanından və Aralıq dənizindənSuriyanın mərkəzinə raket zərbələri endirib. Vadi əl-Uyun, Masyafvə Səlamiyyədə yer hədəflərinə ümumilikdə 15 hava zərbəsiendirilib. Həmanın inzibati mərkəzi yaxınlığında hərbi sənayezavodlarına hücumlar həyata keçirilib.

Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail düşmənininaqressiv hücumunu dəf edib. Raketlərin bəziləri hədəflərə çatmamışvurulub. Ölənlərin hamısı mülki şəxslərdir.

Seçilən
127
16
az.trend.az

3Mənbələr